Qobustan və Şamaxı rayon sakinlərinin nəzərinə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun müavini Namiq Əsgərov cari il dekabrın 6-da saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan və Şamaxı rayon sakinlərinin qəbulunu keçirəcəkdir.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.



Xəbərlər  Tarix:   29 Noy 2019 / 00:58


« Əvvəlki xəbər (4460 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR