Bakı şəhərinin Binəqədi rayonunda “Khazar” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “Khazar” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1993-cü il təvəllüdlü Ağayev Ağarza Eldar oğlunun və 1 sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.



Xəbərlər  Tarix:   29 Noy 2019 / 21:58


« Əvvəlki xəbər (4455 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR