Səhiyyə naziri Oqtay Şirəliyev Neftçalada vətəndaşları qəbul edəcək

6 dekabr 2019-cu il tarixində saat 11:00-da, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasında Neftçala rayon sakinlərini, nazir müavini Elsevər Ağayev Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında Hacıqabul və Şirvan sakinlərini, nazir müavini Rahim Əliyev Salyan Mərkəzi Rayon Xəstəxanasında Salyan rayon sakinlərini qəbul edəcək.

Nazir və nazir müavinləri müvafiq rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaqlar.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir və müavinlər tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Neftçala, Hacıqabul və Salyan Rayon Mərkəzi Xəstəxanalarında qeydiyyatdan keçə bilərlər.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı



Xəbərlər  Tarix:   6 Dek 2019 / 00:52


« Əvvəlki xəbər (4411 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR