Əmək müqaviləsinə dəyişikliklər yalnız işçi və işəgötürənin birgə razılığı əsasında edilir

Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran rayonunda işəgötürənlər üçün keçirdiyi maarifləndirmə tədbirində bildirilib.
Tədbir “Əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsi qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına həsr olunub. Hər iki mövzuda ətraflı məlumatlar verilib, işəgötürənlərin sualları cavablandırılıb. Qeyd edilib ki, əmək müqaviləsinə dəyişiklik edildiyi halda da bu, bildiriş formasında “Əmək müqaviləsi bildirişi” altsistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilməlidir.
Qeyri-rəsmi məşğulluğun əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu izah edilib. Tədbirdə işəgötürənlərə vakant iş yerləri barədə məlumatların “Məşğulluq” altsisteminə daxil edilməsi qaydası barədə də məlumat verilib.



Xəbərlər  Tarix:   10 Dek 2019 / 01:46


« Əvvəlki xəbər (4392 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR