FHN-in rəhbərliyi Qusar, Quba və Xaçmaz rayonlarında vətəndaşların qəbulunu keçirib

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qusar şəhərində Qusar rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib. Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan əlavə, Fövqəladə Hallar nazirinin müavinləri tərəfindən Quba və Xaçmaz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçirilib.



Xəbərlər  Tarix:   20 Dek 2019 / 22:16


« Əvvəlki xəbər (4342 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR