Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edirlər

Rusiya Prezidenti Vladimir Putin, Bolqarıstan Prezidenti Rumen Radev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emomali Rəhmon, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, Rusiya Hökumətinin Sədri Dmitri Medvedev, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevd, Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. onlar göndərdikləri məktubda Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi təbriklərini çatdırıblar. Dövlət və hökumət başçıları Prezidentin rəhbərliyi altında Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəlilədiyini, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirdiyini, ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəni çox yüksək qiymətləndiriblər.
Onlar etimad və qarşılıqlı anlaşma şəraitində ölkələrimiz və xalqlarımızın rifahı naminə birgə səmərəli işlərin davam etdiriləcəyini bildiriblər.
Döcvlət başçıları Azərbaycan Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar diləyiblər.



Xəbərlər  Tarix:   23 Dek 2019 / 22:55


« Əvvəlki xəbər (4338 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR