Xəbərlər Sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra olunan “Sağlamlıq imkanları məhdud uşaqların sosial və psixoloji reabilitasiyası” layihəsi çərçivəsində Şəmkir rayonunda layihəyə cəlb olunmuş uşaqların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə tədbir təşkil edilib.
“Hüquq Dünyası Hüquqi Təblığat” İctimai Birlyi tərəfindən həyata keçirilən layihə üzrə sağlamlıq imkanları məhdud uşaqların sosial və psixoloji reabilitasiya yönümlü dəstəklə təmin edilməsi sahəsində işlər aparılır.
Maraqlı anlarla yadda qalan tədbirdə təşkilat tərəfindən uşaqlara müxtəlif hədiyyələr verilib. Sağlamlıq imkanları məhdud ayrı-ayrı uşaqlar mahnı və şerlər səsləndirib, öz bacarıqlarını nümayiş etdiriblər. Tədbir uşaqlar üçün musiqili-əyləncəli proqramlarla davam edib.



Xəbərlər  Tarix:   29 Dek 2019 / 21:50


« Əvvəlki xəbər (4306 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR