Balakən və Zaqatala rayon sakinlərinin nəzərinə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun müavini Namiq Əsgərov cari il yanvarın 10-da saat 10:00-da Balakən rayon prokurorluğunun inzibati binasında Balakən və Zaqatala rayon sakinlərinin qəbulunu keçirəcəkdir.
Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Balakən rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.



Xəbərlər  Tarix:   9 Yan 2020 / 00:20


« Əvvəlki xəbər (4298 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR