Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ölkəmizdə boccia idman növünün inkişafına dəstək verir

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ölkəmizdə boccia idman növünün inkişafına dəstək məqsədilə tanınmış britaniyalı məşqçi Metyu Kendrikin Bakıya iki günlük səfərini təşkil etmişdir. Bu gün Milli Paralimpiya Komitəsinin ofisində Komitənin baş katibi Kamal Məmmədov Britaniya səfirliyinin nümayəndələri və İsveç Boccia Milli Komandasının britaniyalı baş məşqçisi Metyu Kendrik ilə görüşmüşdür. Görüşdə iki günlük səfər müddətində görüləcək işlər geniş müzakirə olunmuş və qeyd edilmişdir ki, yanvarın 10-11-də həm yerli boccia məşqçiləri, həm də idmançıları üçün Ramanada yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təlim-məşq toplanışı keçiriləcək. Bundan başqa, boccia idmanı haqqında bir neçə maarifləndirici videolar səfirliyin rəsmi səhifəsində paylaşılacaq. Buraya boccianın qaydaları və tarixi, Azərbaycanda bu idman növü ilə məşğul olanların həyatında müsbət dəyişikliklər, məşqçi və idmançıların M.Kendrikin səfərindən nələr öyrəndikləri haqqında qısa videolar daxildir. Məqsəd idmanın bu növünə diqqəti cəlb etmək və sağlamlıq imkanları məhdud şəxslər arasında bu idmana qoşulmaq üçün stimul yaratmaqdır.
Qeyd edək ki, boccia idman növü ilə əzələ distrafobiyası və uşaq serebral iflic əlillik dərəcəsi olan idmançılar məşğul olur. Azərbaycanda boccia idman növünün inkişafına altı il əvvəl başlanılıb. 2018-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bu idman növü üzrə Boccia idman federasiyası yaradılıb. Federasiyanın vitse-prezidenti Vüqar Əsgərov, baş katibi və komandanın baş məşqçisi İlham Məhərrəmovdur.



Xəbərlər  Tarix:   10 Yan 2020 / 23:54


« Əvvəlki xəbər (4285 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR