Nazirliyin 15 növ e-arayış xidməti ildə 1 milyon 500 mindən çox şəxsin müvafiq arayışları e-qaydada əldə etməsinə imkan verir

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Onlar aşağıdakılardır:
İş yerinə dair e-arayış xidməti
Əlilliyə dair e-arayış xidməti
Müavinətlə təmin edilmə barədə e-arayış xidməti
Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti
Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti
Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti
Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə e-arayış xidməti
Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti
Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti
Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti
Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti
Fərdi şəxsi hesab barədə e-arayış xidməti
Məşğulluq altsistemindən e-arayış xidməti
Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti
Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.
Bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.
2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.



Xəbərlər  Tarix:   13 Yan 2020 / 23:33


« Əvvəlki xəbər (4271 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR