Ekologiya və Təbii Sərvətlər Nazirliyi aşağıda göstərilən tabeli qurumları üzrə rəhbər vəzifələrə işçi seçimi ilə əlaqədar müsabiqə elan edir:

Korçay Dövlət Təbiət Qoruğu;
Eldar Şamı Dövlət Təbiət Qoruğu;
Göygöl Milli Parkı;
Altıağac Milli Parkı;
Hirkan Milli Parkı;
Qızılağac Milli Parkı;
Şahdağ Milli Parkı;
Samur-Yalama Milli Parkı.
Müsabiqədə iştirakçıların seçilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin və Dövlət Turizm Agentliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilir.
Müsabiqədə iştirak edənlər müvafiq sənədləri (kadrların şəxsi uçot vərəqəsi, tərcümeyi-hal, ali təhsil haqda diplomun surəti) 2020-ci ilin 30 yanvar tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinə təqdim etməlidir.
Müsabiqədə iştirak edən namizədlər aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:
sahəvi biliklər
idarəetmə bacarığı
ümumi dünyagörüşü
məntiq
sahə üzrə iş təcrübəsi
natiqlik
kompyuter bilikləri
dil bilikləri
Qeyd: namizədliklər qəbul edilərkən rəhbər vəzifədə 5 il iş stajı olan, 25 yaşı tamam olmuş və təbiət elmləri üzrə elmi dərəcəli şəxslərə üstünlük veriləcək
Əlaqə telefonu: 538 84 89



Xəbərlər  Tarix:   15 Yan 2020 / 23:16


« Əvvəlki xəbər (4257 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR