SKSP-də yeni rezident

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident -“Azmonbat” MMC qeydiyyata alınıb və bununla da Sənaye Parkının rezidentlərinin sayı 21-ə çatıb.
“Azmonbat” MMC Sənaye Parkının ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirəcək. Layihəyə əsasən, yaradılacaq müəssisədə utilizasiya nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə ediləcək.
“Azmonbat” MMC gələcəkdə parkın ərazisində avtomobil akkumulyatorlarının istehsalı müəssisənin yaradılmasını da nəzərdə tutur.



Xəbərlər  Tarix:   23 Yan 2020 / 22:54


« Əvvəlki xəbər (4208 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR