Kürdəmirdə "KOB Dostu" fəaliyyətə başlayıb

Yanvarın 27-də Kürdəmir rayonunda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB Dostu" fəaliyyətə başlayıb. Bu sayca ölkə üzrə 21-ci “KOB Dostu”dur.
Bununla əlaqədar KOBİA-nın, yerli icra hakimiyyətinin və sahibkarların iştirakı ilə Kürdəmirdə keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lara dəstək məqsədilə həyata keçirilən tədbirlər, eləcə də "KOB Dostu"nun bölgələrdə sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verib, sahibkarları "KOB Dostu" ilə fəal əməkdaşlığa dəvət edib. Qeyd edilib ki, 2020-ci ildə "KOB Dostu" şəbəkəsinin genişləndirilməsi tədbirləri davam etdiriləcək, ölkənin daha bir neçə şəhər və rayonunda KOB dostları fəaliyyətə başlayacaqdır.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonun sosial-iqtisadi inkişafında özəl sektorun rolu, rayonda sahibkarlıq fəaliyyəti barədə məlumat verib, "KOB Dostu"nun sahibkarlar və biznesə yeni başlayanlar üçün faydalı dəstək mexanizmi olacağını vurğulayıb.
Tədbirdə "KOB Dostu" mexanizminə, daxili bazar araşdırmalarına dair video çarxlar nümayiş olunub.
Sonra tədbir iştirakçıları "KOB Dostu"nun Heydər Əliyev Mərkəzində yerləşən ofisi ilə tanış olublar. Burada sahibkarların müraciətlərinin qəbulu, onlara dövlət dəstəyi mexanizmləri çərçivəsində xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Digər "KOB Dostu" ofislərində olduğu kimi, Kürdəmir rayonundakı ofisdə də "KOB könüllüləri" fəaliyyət göstərəcəkdir.



Xəbərlər  Tarix:   28 Yan 2020 / 00:21


« Əvvəlki xəbər (4192 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR