Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının missiyası ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının missiyası ilə görüş olub.
Görüş aparılan siyasət və proqramlarda gender bərabərliyinin təmin olunması məsələsinin müzakirəsinə həsr olunub. Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində ötən dövrdə görülən işlər barədə missiyaya məlumat verilib. Ölkə qanunvericiliyində gender bərabərliyi ilə bağlı mütərəqqi beynəlxalq yanaşmalardan irəli gələn müddəaların əksini tapdığı vurğulanıb.
Qeyd edilib ki, bu sahədə ölkəmizdə BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ına, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasına, Beynəlxalq Əmək Təşkilatının müvafiq konvensiyalarına uyğun siyasət aparılır. Əmək və məşğulluq sahəsində qadın və kişilər arasında ayrı-seçkiliyə yol verilməsinin qanunla qadağan edildiyi, ayrı-seçkiliyə yol verən işəgötürənin qanunla məsuliyyət daşıdığı diqqətə çatdırılıb.
Görüşdə sosial müdafiə və məşğulluq sahəsində gender bərabərliyi, bu sahədə qanunvericiliyə dair müzakirələr aparılıb.



Xəbərlər  Tarix:   31 Yan 2020 / 01:05


« Əvvəlki xəbər (4167 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR