Xətai Sənət Mərkəzində yeniyetmə və gənclərin əsərləri sərgilənəcək

Fevralın 3-də Xətai Sənət Mərkəzi “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinin sərgi-pleneri təşkil olunacaq. Sərgi-plenerdə seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif ediləcək.
Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.
Qeyd edək ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, habelə Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hislərinin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması məqsədilə təşkil olunan müsabiqəyə seçim 12 yaşa qədər, 12-17 yaşarası kateqoriyası üzrə aparılıb. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçilib.



Xəbərlər  Tarix:   1 Fev 2020 / 00:15


« Əvvəlki xəbər (4160 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR