Mübariz İbrahimovun doğum günü münasibətilə tədbir keçirildi

07 yanvar 2020-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi rayon Təhsil şöbəsi ilə birgə Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibətilə İsmayıllı rayon MKS-in Uşaq Şöbəsinin akt zalında tədbir keçirdi.
Tədbir Milli Qəhrəmanın ruhuna ehtiram əlaməti olaraq əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və tərcümeyi-halı, keçdiyi döyüş yolu və misilsiz qəhrəmanlıq şücaətini özündə əks etdirən film nümayiş etdirildi.
Tədbiri açıq elan edən İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov gələn qonaqları, gəncləri salamlayaraq keçirilən tədbirin əhəmiyyəti haqqda geniş nitq söylədi. İdarə rəisi gizir Mübariz İbrahimovun təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv etməsi, sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşməsi və düşməni ağır itkilərə məruz qoyması haqqında fəxarətlə çıxış etdi.
Tədbirdə həmçinin, RİH-nin əməkdaşı Namiq Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı şəbəsinin əməkdaşı, rayon Təhsil şöbəsinin metodisti Rəna Mirzəliyeva çıxışlarında qeyd edərək bildirdilər ki,şəhidlik zirvəsinə yüksələn Mübarizin vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu bu gün hər bir gənc üçün örnəkdir,nümunədir. Eyni zamanda, Milli Qəhrəmanımız bir daha düşmənə sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir.
Çıxışların sonunda isə qeyd edildi ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlər göstərmiş şəhid Mübariz İbrahimovun əziz xatirəsi heç vaxt unudulmayacaqdır.



Xəbərlər  Tarix:   7 Fev 2020 / 13:38


« Əvvəlki xəbər (4115 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR