Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi qeyd edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Ə.Hüseynov adına 12 nömrəli Cəbrayıl tam orta məktəbin şagirdləri ilə birlikdə Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illik yubileyi ilə əlaqədar tədbir keçirib.
Tədbirdə şairin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilib. Məktəbdə, həmçinin şairin kitablarından ibarət “Bənzərsiz ömür yolu” adlı sərgi də təşkil edilib.
Tədbirdə əsas məqsəd şairin yaradıcılığını daha dərindən təbliğ etmək, şagirdlərə müəllifin əsərlərini oxumağı tövsiyə etməkdir.



Xəbərlər  Tarix:   11 Fev 2020 / 22:03


« Əvvəlki xəbər (4081 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR