Vergilər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Fevralın 11-də - “Vergi xidməti işçilərinin peşə bayramı günü”ndə Vergilər Nazirliyinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, abidəsi önünə qızılgül dəstələri düzüblər. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad olunub.
Daha sonra nazirliyin kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının məzarını ziyarət edib, üzərinə al qərənfillər düzüblər. “Əbədi Məşəl” abidə kompleksinin önünə əklil qoyulub.



Xəbərlər  Tarix:   11 Fev 2020 / 22:40


« Əvvəlki xəbər (4074 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR