İcazəsiz ov edən şəxslər saxlanılıb

Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Xızı, Qusar və Xaçmaz rayonları ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.
Araşdırma zamanı ov edənlərin Sumqayıt şəhər sakinləri Şahin Qədimov, Rüstəm Məmmədəliyev, Bakı şəhər sakini Teymur Əliyev, Xaçmaz rayon sakinləri Cavid Babaəliyev, Azər Quliyev, Murad Səfərov və Qusar rayon sakini Sədi Orduxanov olduğu müəyyən edilib.
Faktlarla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və hər biri 1000 manat məbləğində cərimələnib.



Xəbərlər  Tarix:   14 Fev 2020 / 00:01


« Əvvəlki xəbər (4052 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR