Ucarda Qol güləşi üzrə açıq rayon çempionatı keçirildi

15 fevral 2020-ci il tarixdə Mədəniyyət Mərkəzində qol güləşi idman növü üzrə açıq Ucar rayon çempionatı keçirildi. Çempionat 07 yanvar 2020-ci il tarixdə şəhid olmuş Ucar rayonunun Alpı kəndindən olan Fərzəli Fərzəliyevin xatirəsinə həsr olunmuşdur. Çempionatın keçirilməsində məqsəd idmançıların idman ustalıqlarının artırılması, gənclərin və həvəskarların asudə vaxtının səmərəli təşkil edilməsidir.
Ucar Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nuru Piriyev açılış nitqi ilə çıxış edərək idmançılara uğurlar arzu etdi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qol güləşi üzrə məşqçi-müəllim Kamal Məmmədli yarış iştirakçılarına şərtlər və qaydalar barədə ətraflı məlumat verdi.
Yarışlar sol və sağ qollar üzrə ayrı-ayrılıqda 11 çəki dərəcəsi üzrə keçirildi. Sonda qaliblər rayon Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif olundular.



Xəbərlər  Tarix:   18 Fev 2020 / 15:15


« Əvvəlki xəbər (4026 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR