Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib
37
19.02.2020
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında 12 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə Təmənnasız Xeyirxahlıq İfadəsi Günü və “Könüllülər ili” çərçivəsində Sumqayıt şəhər “ASAN xidmət" mərkəzinin bir qrup könüllüləri ilə “1 gənc, 1 hekayə, 1 uğur” adlı görüş keçirilib.
Əvvəlcə kitabxananın böyük mütəxəssisi Leyla Mahmudova ölkəmizdə könüllülər hərəkatının xüsusi əhəmiyyəti haqqında məlumat verib.
Sonra tədbir iştirakçıları könüllülük hərakatına məqsədə çatmaq vasitəsi kimi deyil, cəmiyyətə fayda gətirmək məqsədilə qoşulan "ASAN xidmət" könüllülərindən “Həyat yolunu mütaliə edərək işıqlandır” layihəsinin rəhbəri Dünyaxanım Əmirova, Vüsal Məmmədov, Natiq Dünyamalıyev, Sərvan Allahverdiyev, Səidə Novruzova, Gövhər Qənbərova, Günay Osmanlı və Nərmin Əmiraslanovanın innovativ ideya və təkliflərini, uğur hekayələrini dinləyiblər.
Son olaraq gənclər dövlətimizin başçısının rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafı naminə sədaqətlə və əzmkarlıqla çalışacaqlarını, görülən işlərdə fəal mövqe tutacaqlarını bildirdilər.
Tədbirdə Azərbaycanın ev sahibliyi etdiyi Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1" yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərdə könüllülərin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.



Xəbərlər  Tarix:   19 Fev 2020 / 15:22


« Əvvəlki xəbər (4010 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR