“World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsinin ikinci turu keçirilib

Fevralın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında gənc ifaçıların “World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsinin ikinci turu keçirilib.
Nominantlar ansambl və fərdi şəkildə təşkil olunmuş skirpkaçılardan ibarət olub.
Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) ifaçılar iştirak edib.
Müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik və milli), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil edilib.
Üç turdan ibarət olan müsabiqədə bütün iştirakçılar diplomla, qaliblər isə diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
“Harmoniya” Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşan müsabiqənin bağlanış mərasimi filarmoniyada keçiriləcək



Xəbərlər  Tarix:   19 Fev 2020 / 15:37


« Əvvəlki xəbər (4002 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR