Ev-Muzeyində dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabeliyində olan Abşeron rayonu Qobu qəsəbə Uşaq İncəsənət məktəbinin müəllim və şagird kollektivi Üzeyir Hacıbəylinin Ev-muzeyində dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Konsertdə məktəbin şagirdləri tərəfindən “Dövlət Himni”, “Qara Göz Mahnısı”, Döyüşçülər Marşı”, Arşın Mal Alan Filmindən “Asiya” Mahnısı, Ü.Hacıbəyli “Laylay”, “Qizlar Xoru”, “Cəngi”, “Sonata”, “Bayatı-Şiraz muğamından Melodiya”, “Leyli və Məcnundan III pərdə Ərəb Marşı”, “Uzundərə rəqsi” ifa edilib.
Sonra məktəbin müəllim və şagird kollektivi Bülbülün ev muzeyində olublar.



Xəbərlər  Tarix:   20 Fev 2020 / 12:57


« Əvvəlki xəbər (3988 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR