Qubada “Könüllülər teatrı” fəaliyyətə başlayıb

Teatr 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə əlaqədar Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində yaradılıb.
“Könüllülər teatrı”nın təqdim edəcəyi ilk tamaşa görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Kamança” əsəridir. “Kamança” ictimai-mənəvi baxımdan milli xarakterləri səciyyələndirən, mənəviyyat, şüur və ərazi oğurluğu olaraq erməni xainliyini göstərən sanballı əsərlərdəndir.
Tamaşanın quruluşçu rejissoru Ramiz Ramazanovdur.
Hazırda məşqləri davam edən tamaşa Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunacaq.
Tamaşaya Mədəniyyət Nazirliyinin mütəxəssisləri tərəfindən də baxış keçiriləcək. Bundan sonra “Könüllülər teatrı”na “Xalq teatrı” adı verilə bilər.
Qubada 1940-1962-ci illərdə Dövlət Dram Teatrı fəaliyyət göstərib. Bu teatrda sonralar görkəmli səhnə ustaları kimi tanınan Səyavuş Aslan, Ofelya Aslan, Məcnun Hacıbəyov kimi aktyorlar fəaliyyət göstərib. 1962-ci ildə fəaliyyəti dayandırılan Quba Dövlət Dram Teatrının bazasında Xalq teatrı yaradılsa da, sonradan fəaliyyətini dayandırıb.



Xəbərlər  Tarix:   25 Fev 2020 / 11:16


« Əvvəlki xəbər (3944 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR