İstanbulda “Cəhənnəmdə 8 gün” teatr tamaşasının premyerası olub

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İstanbulun Gültepe Mədəniyyət Mərkəzində “Cəhənnəmdə 8 gün” tamaşasının premyerası olub. Baş rolun ifaçısı, Türkiyə-Azərbaycan Vizyon Teatrının rəhbəri Kəmalə Kamal bildirib ki, Xocalı sakini Dürdanə Ağayevanın xatirələri əsasında hazırlanan tamaşanın ssenari müəllifi Aygün Həsənoğlu, rejissoru Kamran Dadaşzadə, musiqi tərtibatçısı Aynur Axundzadədir. Tamaşa “Bir millət, iki dövlət” layihəsi çərçivəsində hazırlanıb. Xocalı soyqırımı zamanı ermənilərə əsir düşmüş və səkkiz gün əsir həyatı yaşamış qadının hekayəsini özündə əks etdirən səhnə əsərində aktyorlardan Şəlalə Coşqun Tuna, Bülənt Altay, Yavər Hüseynzadə, Said Vardar, Musa Çakır və digərləri iştirak edirlər.
Premyeradan əvvəl Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən türkiyəli yazıçı Mətin Yıldırım, tamaşanın baş koordinatoru Ayhan Ünlü və digərləri Xocalıda yüzlərlə günahsız insanın ermənilər tərəfindən amansızlıqla qətlə yetirildiyini xatırladıb, erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri qırğının acı nəticələrindən danışıblar.
Tamaşadan əvvəl Xocalı qətliamının dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.
Səhnə əsəri izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Teatrın foyesində Xocalı soyqırımını əks etdirən rəsm sərgisi təşkil edilib.



Xəbərlər  Tarix:   25 Fev 2020 / 11:18


« Əvvəlki xəbər (3943 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR