Şah Mat Teatrı “İstehkam”a baxmağa dəvət edir

Şah Mat Teatrı “İstehkam”a baxmağa dəvət edir
5
25.02.2020
Fevralın 27-də Müstəqil Şah Mat Teatrı Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində görkəmli yapon dramaturqu Kobo Abenin “İstehkam” əsəri əsasında hazırlanan eyni adlı tamaşanı təqdim dəcək.
Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirib ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə göstəriləcək.
Xalq yazıçısı Elçinin tərcüməsi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Ümid Abbas, quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır.
Psixoloji-dram janrında hazırlanan tamaşada aktyorlar Mir Qabil Əkbərov, Azər Ayazoğlu, Əminə Cəfərova, Anar Bulud və Günel Abbas çıxış edəcək.
Xronometrajı 1 saat 15 dəqiqə olan tamaşa keçmiş silah zavodunun müdiri, psixoloji problemləri olan bir qocanın isteriya nəticəsində yaddaşını ara-sıra itirməsindən bəhs edir. Bunun səbəbini axtaran oğlu cavabsız suallarla baş-başa qalır.



Xəbərlər  Tarix:   25 Fev 2020 / 11:23


« Əvvəlki xəbər (3939 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR