27 fevral 2020-ci il saat 07:00-dək:

Ağcabədi rayonunun Avşar kəndində ümumi sahəsi 36 m² olan köməkçi tikilinin və bitişik, ümumi sahəsi 36 m² olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Salyan rayonunun Qarabağlı kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində döşəmə 3 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin taxtadan ibarət tavanı 15 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Ucar rayonunun Alpout kəndində ümumi sahəsi 400 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında elektrik naqilləri 9 p.m yanıb. Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 4 ədəd elektrik sayğacı və 2 p.m elektrik naqili yanıb. Yanğın zamanı 4-ü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Samux rayonunda ümumi sahəsi 224 m² olan birmərtəbəli evin tavanı və dam örtüyünün yanar konstruksiyaları 26 m² sahədə yanıb. Yüksək temperaturdan evin giriş qapısı qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Astara rayonunun Şahağac kəndində, istirahət mərkəzinin ərazisində ümumi sahəsi 250 m² olan mətbəxin yanar konstruksiyaları yanıb. Bitişik anbar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbərlər  Tarix:   27 Fev 2020 / 11:53


« Əvvəlki xəbər (3917 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR