Güllə atıcılığı üzrə şəhər birinciliyinə yekun vuruldu

26-27 fevral 2020-ci il tarixlərində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Paralimpiya İdman Kompleksində “26 fevral – Xocalı Soyqrımı günü”nə həsr edilmiş pnevmatik silahdan güllə atıcılığı üzrə şəhər birinciliyi keçirildi.
Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Baş İdarəsinin Bədən Tərbiyəsi və İdman sektorunun müdiri Vahid Abdullayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkirli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacağını bildirdi.
V.Abdullayev Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verildiyini və 1994-cü ildə Ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edildiyini bildirdi. Daha sonra idmanın sürətli inkişafından danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin sayəsində ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan bəhs etdi.
Yarışda şəhərin tam orta ümumtəhsil məktəblərinin heyətdə 2 oğlan və 1 qızdan ibarət 40 komandası qalib adı uğrunda mübarizə apardılar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 24 nömrəli tam orta məktəbin komandası 96 xalla, 11 nömrəli tam orta məktəbin komandası 82 xalla və 6 nömrəli tam orta məktəbin komandası isə 67 xalla müvafiq olaraq birinci, ikinci, üçüncü yerləri tutdular.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal, hədiyyə və kubok ilə təltif olundu.



Xəbərlər  Tarix:   29 Fev 2020 / 16:30


« Əvvəlki xəbər (3869 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR