Azerbaijan Design Award müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Kreativ Azərbaycan portalının tərəfdaşlığı ilə keçirilən Azerbaijan Design Award müsabiqəsi Azərbaycanda dizayn sənətinin keyfiyyətini yüksəltməklə yerli dizaynerlərin inkişafına töhfə vermək, eləcə də ən maraqlı dizayn işlərini müəyyən etmək məqsədilə təşkil olunur.
Müsabiqədə dizaynerlər 10 digər kateqoriya ilə yanaşı, 2019-cu ildə Bakı şəhərinin UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilməsi münasibətilə Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması nominasiyası üzrə də işlərini təqdim etmişlər.
18 münsifin olduğu layihədə Azərbaycanla yanaşı Kanada, Rusiya, İtaliya, Cənubi Koreya, Polşa, Türkiyə, İrandan olan münsiflər yer alır. Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması nominasiyası üzrə müsabiqənin qalibi xüsusi mükafatla - Apple Macbook Air 2019 noutbuku ilə təltif ediləcəkdir.
Mükafatlandırma mərasimi 2 mart, saat 18:30-da, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaqdır.



Xəbərlər  Tarix:   29 Fev 2020 / 16:42


« Əvvəlki xəbər (3865 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR