MDB iştirakçı dövlətləri arasında «Virtual Mədəni İrs Muzeyi» internet-portalının yaradılması planlaşdırılır

MDB iştirakçı dövlətləri arasında «Virtual Mədəni İrs Muzeyi» internet-portalının yaradılması planlaşdırılır
48
29.02.2020
Cari ilin 26-27 fevral tarixində Belarusiya Respublikasının Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində MDB iştirakçı dövlətlərinin İşçi qrupu tərəfindən «Virtual Mədəni İrs Muzeyi» internet-portalı haqqında əsasnamə layihəsinin hazırlanması ilə bağlı iclas keçirilmişdir.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tacikistan, Özbəkistan respublikalarının və Rusiya Federasiyasının, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak etmişdirlər.
Qeyd olunan iclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərinə nəzarət şöbəsinin Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun aparıcı məsləhətçisi Afaq Şirəliyeva iştirak etmişdir.
Virtual Mədəni İrs Muzey internet portalının yaratmaq təşəbbüsü Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə məxsusdur. Layihənin məqsədi MDB iştirakçı dövlətlərinin maddi və qeyri-maddi mədəni irsini təqdim ediləcək internet səhifədə vahid virtual muzey altında birləşdirərək mədəni irs obyektlərinin, muzey eksponatların, sərgi stendlərinin virtual panoramaların (3D panoramaları, dairəvi panoramaları, 360 dərəcə foto panoramaları) yaradılmasıdır.
Mütəxəssislər MDB iştirakçı dövlətləri arasında mədəni əməkdaşlığı inkişaf etdirmək ideyasının aktuallığını və əhəmiyyətini qəbul etdilər və Özbəkistan Respublikası tərəfindən təqdim olunmuş Virtual Mədəni İrs Muzeyi layihəsini yaratmaq təşəbbüsünü dəstəklədilər.
İclas iştirakçıları Konsepsiya layihəsini genişləndirərərk «MDB İştirakçı Dövlətlərin Virtual Mədəni İrs Muzeyi» internet-portalında bölmələr yaratmaqla hazırki milli internet resurslarına bağlantıların göndərməsi, habelə burada Virtual Mədəni İrs Muzey portalında keçidlərin (banerlərin) yerləşdirməsi nəticəsinə gəldilər.
Virtual Mədəni İrs Muzeyi internet-portalının tərtibçisi və inzibatçısı qismində Özbəkistan tərəfi öz üzərinə götürməyə hazır olduğunu bildirdi.
İclas iştirakçıları portalın idarə olunması formatının, virtual muzey fondunun yaradılması prinsiplərinin müəyyənləşdirilməsi, internet-portalın quruluşu və dizaynının, məzmunun doldurulması qaydasının və texniki tələblərin hazırlanması məsələlərini daha da geniş öyrənilməsi və təkliflərin hazırlanması qərarına gəldilər.
Bununla əlaqədar işçi qrupunun növbəti iclasının 2020-ci ilin may ayında keçirilməsi planlaşdırılır.



Xəbərlər  Tarix:   29 Fev 2020 / 17:45


« Əvvəlki xəbər (1677 / 5107) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR