Nazir Əbülfəs Qarayev Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni ilə görüşüb

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsində iştirak məqsədilə ölkəmizə təşrif buyuran Avropa Şurası Demokratiya üzrə Baş Direktorluğunun Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni ilə görüşüb.
Görüşdə Avropa Şurasının Mədəni Marşrutlar layihəsində Azərbaycanın təmsil olunmasının beynəlxalq aləmdə mədəni əlaqələrin daha da genişləndirilməsinə, eyni zamanda layihəyə qoşulan digər ölkələrlə mədəni marşrutlar sahəsində yeni təcrübələrin əldə olunmasına gətirib çıxartmasından danışıldı.
Nazir Əbülfəs Qarayev Azərbaycanın 2011-ci ildən Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinin ayrılmaz bir hissəsinin olduğunu vurğulayaraq bildirdi ki, ölkəmiz bu illər ərzində 5 beynəlxalq marşruta qoşulmuş, qoşulduğu ildən bəri mədəni marşrutlar şəbəkəsində fəal iştirak etməklə, təşkilatın fəaliyyətinə öz töhfəsini verməkdədir. O bildirdi ki, keçirilən müşavirə ölkəmizin mədəni marşrutlar sahəsində ixtisaslaşdığını, o cümlədən beynəlxalq mədəni marşrutlarda təmsilini genişləndirməklə yeni təcrübələrə yiyələnməli və əldə olunan nəticələri bölüşərək sahə üzrə qabaqcıl ölkələrdən birinə çevrilmə potensialının mövcudluğunu üzə çıxartdı.
Avropa Şurası Demokratiya üzrə Baş Direktorluğunun Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsinin keçirilməsinin böyük əhəmiyyətini vurğulayaraq, nazirə səmimi qəbula görə təşəkkürünü bildirdi. Həmçinin, keçirilən müşavirənin Avropa Mədəni Marşrutlar layihəsinə qoşulmuş digər ölkələr üçün xüsusi model olacağını vurğuladı. Digər ölkələrdə mədəni marşrutlar sahəsində keçiriləcək təlimlərdə ölkəmizin fəal iştirakı və regionlarda bu cür təlimlərin təşkili yeni mədəni marşrutların yaradılması üçün müxtəlif, yeni təcrübələrin öyrənilməsinə təkan verəcəyini bildirdi. Qeyd etdi ki, müşavirədə müzakirə olunan mövzular Azərbaycanın Avropa Şurasının Mədəni Marşrutlar layihəsində təmsilinin daha da genişləndirilməsinə, eyni zamanda, qazanılmış təcrübəsini paylaşmaqla Avropa mədəni marşrutlar şəbəkəsinə özünəməxsus töhfəsini verəcəkdir.
Görüşdə Azərbaycanın yeni mədəni marşrutlar üzrə təmsil olunması ilə bağlı aparılan işlər haqqında, həmçinin, ölkəmizdə yeni yerli mədəni marşrutların yaradılması və sertifikatlaşdırılması ilə əlaqədar gələcək addımlar barədə fikir mübadiləsi aparıldı.



Xəbərlər  Tarix:   29 Fev 2020 / 16:48


« Əvvəlki xəbər (3862 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR