Argentinanın Azərbaycandakı səfiri Pirallahı Sənaye Parkında

Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella və Səfirliyin bir qrup əməkdaşı Pirallahı Sənaye Parkında olub.
Qonaqlar üçün sənaye parklarının fəaliyyətini əks etdirən təqdimat keçirilib, ölkədə fəaliyyət göstərən sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verilib.
Argentina səfiri və Səfirliyin əməkdaşları Pirallahı Sənaye Parkında görülmüş işlər, Parkın rezidenti “R-Pharm” MMC-nin istehsal prosesi ilə tanış olublar.



Xəbərlər  Tarix:   29 Fev 2020 / 16:56


« Əvvəlki xəbər (3860 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR