Bu gün “Ümumdünya Vəhşi Təbiət Günü”dür

“Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar bu gün Azərbaycanın milli parklarında “açıq qapı” günü keçirilir.
Qeyd edək ki, 2013-cü ildən başlayaraq martın 3-ü bütün dünyada “Ümumdünya Vəhşi Təbiət Günü” kimi qeyd edilir.
Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, bu sahədə ictimaiyyəti məlumatlandırmaqdır.
Ölkəmizdə vəhşi təbiətin, fauna və flora növlərinin mühafizəsi istiqamətində görülən mühüm işlərdən biri xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılmasıdır.
Hazırda ölkəmizdə 893 min hektar sahəni əhatə edən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir ki, bu da ölkə ərazisinin 10,31 faizini təşkil edir.



Xəbərlər  Tarix:   3 Mart 2020 / 13:28


« Əvvəlki xəbər (3855 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR