Könüllülüyün təbliği ilə bağlı qrant müsabiqəsi

Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsi elan edir.
Müsabiqə tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin dünyagörüşünün genişləndirilməsi, maraq dairələri üzrə klubların yaradılması, müvafiq təlim kurslarının və digər işlərin təşkili məqsədi ilə həyata keçirilir.
Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər.
Layihələrin qəbuluna 5 mart 2020-ci il tarixdən başlanılır. Təkliflər 17 mart 2020-ci ilədək təqdim olunmalıdır.
Qrant müsabiqəsi barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.



Xəbərlər  Tarix:   5 Mart 2020 / 13:54


« Əvvəlki xəbər (3802 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR