Siqaretləri avtomobilin oturacaqlarında gizlətdi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Opel Vectra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.
Şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Kinoloji xidmət itinin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin sağ və sol ön oturacaqlarının içərisində gizlədilən 4000 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.



Xəbərlər  Tarix:   5 Mart 2020 / 19:27


« Əvvəlki xəbər (3796 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR