İdmançı xanımlarımızı təbrik edirik!

Qadın dünyanın ən zərif, ən gözəl və incə varlığıdır.
Qadın anadır, bacıdır, övladdır, həyat yoldaşıdır. Qadın həyatın rəngi, yaşamın mənasıdır.
Çalışdığı sahədə böyük uğurlar qazanıb, adını tarixə, ürəklərə yazan xanımlarımız çoxdur. Onların arasında Azərbaycan bayrağını zirvələrə ucaldan, Azərbaycanı tanıdan, Azərbaycanın himnini səsləndirən xanımların isə öz yeri var – onlar adlarını idman tarixinə yazan, qazandıqları qələbələri ilə gənc nəslə idmanı sevdirən, qəhrəman idmançılardır.
Gənclər və İdman Nazirliyinin kollektivi adından idmançı xanımlarımızı “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibəti ilə səmimi qəlbdən təbrik edir, onlara sevgi, sevinc dolu günlər, sağlam həyat arzu edirik!



Xəbərlər  Tarix:   7 Mart 2020 / 17:32


« Əvvəlki xəbər (3781 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR