Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir

Martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.
X X X
İclasa sədrlik edən Ziyad Səmədzadə altıncı çağırış Milli Məclisin ilk iclasını açıq elan etdi.
Sonra Z.Səmədzadə altıncı çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.
X X X
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söylədi.
X X X
Sonra iclasın sədri Ziyad Səmədzadə gündəliyi təqdim etdi.
Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olundu.
Qeyd edildi ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisin sədri kimi namizədliyi irəli sürülüb.
Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirdi.
Sonra səsvermə oldu və 116 səs lehinə olmaqla, Sahibə Qafarova Milli Məclisin sədri seçildi.
X X X
Milli Məclis Sədrinin birinci müavini vəzifəsinə deputat Əli Hüseynli seçildi.
Deputatlar Adil Əliyev və Fəzail İbrahimli Milli Məclis Sədrinin müavinləri seçildilər.
X X X
Milli Məclisin Sədri Sahibə Qafarova İntizam Komissiyasının və Hesablayıcı Komissiyanın tərkibinə namizədlərin adlarını elan etdi. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən namizədlər bütövlükdə səsə qoyularaq təsdiq edildilər.



Xəbərlər  Tarix:   10 Mart 2020 / 12:20


« Əvvəlki xəbər (3768 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR