Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
159
11.03.2020
Azərbaycan neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərində böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 mart 2020-ci il.



Xəbərlər  Tarix:   11 Mart 2020 / 22:21


« Əvvəlki xəbər (3730 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR