Azərbaycan muzeylərində təqdim olunan audiobələdçilər artıq mobil telefonlarda

Azərbaycan muzeylərində təqdim olunan audiobələdçilər artıq mobil telefonlarda
151
12.03.2020
Məlum olduğu kimi, Azərbaycanda muzey sahəsində ilk dəfə olaraq 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən yüksək səviyyəli ekskursiyaların təşkili üçün Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində audiogidlər alınmışdır.
Audiogidlər üçün avadanlıq Fransanın “ORPHEO Group” şirkətindən alınmışdır.
“ORPHEO Touche” cihazları tərəfindən hazırlanmış mobil tətbiqlər (application) “iOS” və “Android” əməliyyat sistemli telefonlara yükləməklə istifadə etmək mümkündür.
Avadanlıqlar 2 formada təqdim edilir: Orpheo mikro LX və Orpheo touch.
Bu avadanlıqlardan dünyanın ən məşhur muzeylərində (Fransanın Orse Muzeyində, Versal Sarayında, Tokyo Metropolitan Muzeyində) və digər muzey müəssisələrində istifadə olunur.
Orpheo mikro LX avadanlığı üçün 5 dildə hazırlanmış mətnlər həmin dillərin xarici eskpertləri tərəfindən tərcümə edilmişdir.Səs yazıları Gürcüstanda fəaliyyət göstərən səsyazma studiyasında yazılmışdır.
Audiogidləri qulaq asan zaman mətnləri müşaiət edən musiqi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Musiqi Fondundan əldə edilmişdir. Audiobələdçilərin mətnləri müxtəlif yaşa malik olan insanlar üçün ayrı-ayrılıqda hazırlanmışdır.
Bu mobil tətbiqləri ödənişsiz olaraq yükləməklə muzeylərdə qorunub saxlanılan eksponatlar haqqında məlumat əldə etmək mümkündür. Təqdimatlar video və şəkil formatında hazırlanmışdır.
Aşağıda qeyd edilən linklər vasitəsilə həmin applikasiyaları yükləmək olar:
Ссылка
Ссылка
Ссылка
Ссылка



Xəbərlər  Tarix:   12 Mart 2020 / 19:01


« Əvvəlki xəbər (3701 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR