Respublikanın çaylarında mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 170 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla normanın 70-120 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla normanın 20-60 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyət
Martın 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 131 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 49 faizini təşkil edir. Mövcud vəziyyət 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 149 m3/s olmaqla, ongünlük normanın 52 faizini təşkil edir.
Martın 13-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 18 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 19 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 42 m3/s təşkil etməklə ongünlük normanın 45 faizini təşkil edir.
Martın 13-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 111 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 78 faizini təşkil edir. Bu rəqəm 2019-cu ildə 108 m3/s təşkil etməklə ongünlük normanın 76 faizini təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Martın 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 9 sm azalaraq 310 sm təşkil edib. Bu rəqəm 2019-cu il martın 13-də isə 317 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 105 sm qeydə alınıb. 2019-cu il martın 13-də isə bu rəqəm 135 sm təşkil edib. Salyan məntəqəsində suyun səviyyəsi 3 sm artaraq 29 sm təşkil edib. Bu rəqəm 2019-cu il martın 13-də 57 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 12 sm artaraq 145 sm təşkil edib. Bu rəqəm 2019-cu il martın 13-də 167 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi dəyişməyərək 28 sm qeydə alınıb, lakin bu rəqəm 2019-cu il martın 13-də isə 25 sm təşkil edib.



Xəbərlər  Tarix:   14 Mart 2020 / 18:41


« Əvvəlki xəbər (3684 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR