Haqqı yeyilən fəhlənin ümid yolu........

Azərbaycanda muzdla işləyənin sayı hesabı yoxdur. Bir neçə gün əvvəl, Uğur Media yayım informasiya agentliyinə bir vətəndaş şikayətlə bağlı müraciət edib. Vətəndaş, Qaraşov Alim İlham oğlu, işə düzəltməyə, 40 Azn ödəyib və işədüzətmə vasitəsi ilə,fəhlə kimi ayı 500 AZN-ə işə başlayıb. Sorğu-sualdan məlum olub ki, vətəndaş Ruslan özünü gah briqadir, gah da usta kimi təqdim edib. Ruslan, Alimi 10-a yaxın obyektlərdə işlədərək əmək haqqını verməyib. Alim hər maaşını tələb etdikdə Ruslan ona hədə-qorxu gəlib. Əmək haqqı ödəmək adı ilə Alimin savadsızlığından istifadə edərək ev ünvanını öyrənib və bundan sonra hər dəfəsində Alimi hədələyib ki : ”Ünvanını bilirəm sənə məhkəmələrdən məktublar gələcək, məhkəmələr də süründürəcəm”, -deyib alcaldır, qorxudur. Bir insanı bu qədər incitmək nə dərəcədə düzgündür? Sənə bu haqqı kim verib? Sən kimə arxayınsan? Kimsiniz axı? Deyirsinizki:”Kimə istəyirsiniz şikayət edin, vecimə də deyil ”. Maraqlıdır siz kimə arxainsınız? Cənab Prezidentimizin sözlərini xatırladım: “AZƏRBAYCAN RESPUBLİKASININ POLİSİ, MƏMURU, NAZİRİ, MÜƏLLİMİ, HƏKİMİ BU MİLLƏTƏ CANLA-BAŞLA XİDMƏT ETMƏLİDİR.HEÇ KİM HEÇ KİMƏ ARXAİN OLMASIN”.
Uğur Media əməkdaşları bu məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istədikdə,Uğur Media əməkdaşlarını əla salıb: ” Məni birdə narahat etməyin”, -ifadələrini işlətmişdir. Vətəndaşa göndərdiyi səslər və telefon səs yazmaların da, cümlənin həm əvvəlində həm sonunda: “ Mən namaz qılan din əhliyəm ” , - deyərək Allahı və namazı əlində bayraq edib.Bu nə dərəcədə düzgündür axı? Siz bir qulun haqqına girib,onu işlədib əmək haqqı verməmisiniz,üstəlik hədə qorxular gəlmisiniz . Bir müsəlmana xas olmayan hərəkətlərin çoxu sizdə var.Dini qoyaq kənara.Hansı vicdandan danışa bilərsiniz ? Bir mazlumun ahını necə ciyinlərinizdə gəzdirəcəksiniz ? Alimi ikiqat ziyana salmısiniz . Kirayə pulu, ərzaq pulu,anasını dərman pulunu demirəm…..Həm maddi həm mənəvi. Vətəndaş bilmir nə etsin . Çıxılmaz vəziyyətdədir , hec bir maddi köməyi yoxdur . Həm mənəvi həm psixoloji sarsıntı kecirən gənc özünü öldürmək həddinə çatdırılıb . Həqiqətəndə vətəndaşın durumu ağır və kritikdir . Bu məsələnin qarşısı alınmasa kim bilir hansı cinayət hadisəsi baş verəcəkdir ! Xahiş olunur dövlət qurumlarından kömək edilsin.Üstəgəl vergidən yayınma halları baş vermişdir . Nə işçinin sığortası,nə əmək müqaviləsi nə də , fəhlənin uniforması və özünün salığının qorunması ilə bağlı kaska və qoruyucu vasitələri ilə təmin etməməsi ilə bağlı cinayyət işi açılsın. Uğur Media yayım agentliyi bütün Azərbaycan Respublikasının dövlət qurumlarını səsləyir vətəndaş Qaraşov Alimə dəymiş ziyanı Ruslan ödəsin , üstəgəl pozulmuş qaydalarla bağlı tədbir görülsün .
Xəbərlər deportamentinin sədri : Mustafayeva Arifə Arif qızı.



Hüquqi yardım  Tarix:   21 Yan 2019 / 15:11


« Əvvəlki xəbər (6946 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR