Azərbaycan “WorldSkills Asia” təşkilatına üzv qəbul edilib

Azərbaycanın peşə təhsilli kadrların olimpiadası kimi tanınan “WorldSkills Asia” təşkilatına üzv seçilib.
Sözügedən təşkilat “WorldSkills” müsabiqəsinin Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsini nəzərdə tutur. “WorldSkills Asia” müsabiqəsi, həmçinin peşə təhsilli kadrların olimpiadası kimi də tanınır. Müsabiqənin əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib texnoloji, eləcə də xidmət sahələrində bacarıq və peşələrin inkişafı, bu sahədə bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsidir.
İki ildən bir keçirilən yarışlarda ölkəmizin bir neçə ixtisas üzrə cari ilin noyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək “WorldSkills Asia” yarışmasına qatılması planlaşdırılır.



Xəbərlər  Tarix:   18 Mart 2020 / 14:13


« Əvvəlki xəbər (3630 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR