Ugurmedia dan kiraye qalanlara dəstək

Bildiyimiz kimi bütün dünyanı ağuşuna alan bir bəla ilə mübarizə aparırıq.Bu bəla hamımıza problemlər yaratdı .İş yerlerimiz baglandi,həyatımız iflic vəziyyətinə düşdü.İş yerlərinin bağlanması başqa problemlərə gətirib çıxartdı.Ugurmedia olaraq xalqımızın yanında olmaqdan başqa əlimizdən heçnə gelmir.Bezi whatsapp qruplarından əldə etdiyimiz məlumata görə bəzi vətəndaşlarımız iş yerləri ilə bərabər bu çətin vəziyyətdə kirayə haqqlarını verə bilmədiklərindən qaldıqları evlərindən çıxarilmaq üzrə idilər .Biz buna laqeyd yanaşıb göz yuma bilməzdik .Məhz buna gorə də həmin ailələrlə söhbət edib problemlərinə şərik olmağa çalışdıq . Məsələni hell etmek üçün ev sahibləri ilə görüşüb bu çətin vəziyyətdə vətəndaşlarımıza müəyyən güzəştlər edilməsini xahiş etdik.Müraciətimizin nəticəsi olaraq hemin ailələrə müəyyən güzəştlər olundu və ay sonuna qədər evlərində rahat şəkildə qala biləcəklər. Ugurmedia olaraq xalqımıza müraciət edirik ki, bu vəziyyətdə köməyə ehtiyaci olan vətəndaşlarımıza komək edek.Başımızın üzərini alan bu virusdan da Allahın izini ilə üzü ağ cixacayıq . Biz de Uğurmedia olaraq xalqımızın yanında olub əlimizdən gələn köməkliyi gostərəcəyik .
Təsisçi baş redaktor Tərlan Abbasov



Xəbərlər  Tarix:   18 Apr 2020 / 22:04


« Əvvəlki xəbər (3598 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR