Qarabağ"a məğlubiyyət bizi radikal qərarlara məcbur etdi

APOEL-in prezidenti Prodromos Petridis ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la Nikosiyada keçirdikləri oyunu xatırladıb.
Qol.az Kipr mətbuatına istinadən xəbər verir ki, o, komandasının 2019/2020 mövsümündə avrokuboklardakı çıxışını dəyərləndirərkən bu barədə bildirib:
Klub rəhbəri deyib ki, 1:2 hesabı ilə uduzduqları matçda gördükləri onu qane etməyib: "Evdə "Qarabağ"a məğlubiyyət bizi radikal qərarlar verməyə məcbur etdi. Həmin vaxt Tomas Dolla danışdıq. O isə etimadı doğrultdu və "Qarabağ"la cavab oyununda şansları lehimizə çevirdi. Səfərdə 2:0 hesablı qələbə sayəsində tariximizdə 8-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandıq".
Qeyd edək ki, APOEL ötən mövsüm "Qarabağ"la həm ÇL-in III təsnifat mərhələsinə, həm də Avropa Liqasının qrup mərhələsində qarşılaşıb



Xəbərlər  Tarix:   30 İyul 2020 / 13:12


« Əvvəlki xəbər (3497 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR