Xalça Muzeyində növbəti mühazirə samovarın tarixinə həsr olunacaq

Sentyabrın 18-də Azərbaycan Milli Xalça Muzeyində “Samovarın tarixi və samovar çayının faydaları” mövzusunda mühazirə təqdim ediləcək.
Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti, professor Tahir Əmiraslanovun təqdim edəcəyi mühazirədə samovarın tarixinə dair mübahisəli fikirlərə aydınlıq gətiriləcək, həmçinin samovar çayının insan orqanizminə faydalarından bəhs olunacaq.
Karantin qaydalarına əsasən, mühazirə iştirakçılarının sayı 10 nəfərdən artıq olmamalıdır. Bunu nəzərə alaraq, iştirak etmək istəyənlər Ссылка linkə daxil olaraq öncədən qeydiyyatdan keçə bilərlər.



Xəbərlər  Tarix:   16 Sen 2020 / 23:18


« Əvvəlki xəbər (3451 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR