Ermənistan ordusuna toplanan maliyyə vəsaiti oğurlanır

Ermənistan müdafiə nazirliyinin hesabına toplanan ianə vəsaiti oğurlanır.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində xəbərdarlıq açıqlaması yayıb.
O bildirib ki, son günlər müxtəlif ticarət təşkilatları və ayrı-ayrı fərdlər müdafiə nazirliyinin ehtiyacları üçün maliyyə vəsaiti toplamağa təşəbbüs göstərir. Şuşan Stepanyanın sözlərinə görə, nazirlik heç bir təşkilata və ya şəxsə bununla məşğul olmaq üçün tapşırıq verməyib.
Maliyyə vəsaitlərini “Hayastan” ümumerməni fondu və “Hərbçilərin sığorta fondu” toplayır.
Qeyd edək ki, “Hayastan” fondunun adı dələduzluqda tez-tez hallanır. 2019-cu ilin sonunda Ermənistanın Auditorlar Palatası “Hayastan” Ümumerməni Fondunun fəaliyyətində 190 min dollar (89 mln. 942 min dram) məbləğində dələduzluq edildiyini aşkarlamışdı.
Xatırladaq ki, 2018-ci ilin iyununda “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan ictimai təşkilatda səlahiyyət həddini aşaraq külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs edilib.



Xəbərlər  Tarix:   6 Okt 2020 / 13:03


« Əvvəlki xəbər (3380 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR