Bəs sizcə ailə boşanmaq üçün qurulur?

Bu gün sizə Uğurmedia xəbər və informasiya agentliyi olaraq Bakı qeydiyyatında olan (şərti ad) Həsənov Azad Arif oğlunun və Göygöl rayon qeydiyyatı olan (şərti ad) Məmmədova Xəyalə Nazim qızının həyatında baş verən bir hadisəni işıqlandıracağıq.
16.02.2010-cu il tarixində Nərimanov rayon qeydiyyat şöbəsinə yaxınlaşaraq Həsənov Azad və Məmmədova Xəyalə xanım nikaha daxil olmuş və bu günü əbədiləşdirmişdilər. Bu nikahın bəhrəsindən iki övlad dünyaya göz açır. Onlar birgə nikah dövründə Savalan ərazisində yerləşən,lakin Azad bəyin anasının adına olan torpaq sahəsində tikilmiş evdə yaşayırlar.Ailə birgəlik dövründə maşında alır. Elə bu maşında Azad bəyin anasının adına keçirilir. Və Azad bəy maşınla taksi fəaliyyəti göstərir.
Lakin soyuq əsən küləklər bir ailənin xoşbəxtliyinə son qoymağa başlayır. İki övlad artıq atasız bir ailədə böyüməyə məhkum olacaq. Çox acınacaqlı hal olsada artıq cəmiyyətin ən qlobal problemlərindən biri nikahın pozulmasıdır.
Xəyalə xanım Uğurmedia və informasiya agentliyinin hüquq şöbəsinə müraciət edib. Vəkillər kolleqasının üzvü Günay xanım vətəndaşlara hüquqi yardım göstərib. Hər iki tərəflə barişiğin həyata kecirilməsi üçün danışıq keçirib barışığa nail olmağa çalışmışdır. Məhkəmə 24 Sentyabr tarixində keçirilib. Məhkəmə tərəflərə 3 ay müddət verilib .Məmmədova Xəyalə xanımda bizim ilə nikahın ləğvi , uşaqlarının himayəsi və alimenti ilə bağlı müraciət edib. Lakin ümidvarıq ki, məsələ öz hell yolunu tapmamış tərəflər arasindan barışıq xəbərini alarıq.
Ailə kiçicik bir dövlətdir hər bir valideyin övladları naminə bu dövləti azad və firavan yaşamasını təmin etməli, hər xırda prablemdən nikahı pozmaq dərəcəsinə deyildə, problemin həllini tapmaq dərəcəsinə çatdırmalıdir. Və övladlarının psixalogiasinida göz önündə tutmalıdır. Çünki onlar bizim gələcəyimizdir!
Təsisçi Tərlan Qocaoğlu



Hüquqi yardım  Tarix:   9 Okt 2020 / 16:19


« Əvvəlki xəbər (3353 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR