Mənim 3 rəngli bayrağım.

Mənim Ana Vətənim Azərbaycan mən sənin vurğununam. Xəzər kimi bir dənizin, Bakı kimi bir paytaxtın, Nizami, Məshəti oylağı olan Gəncə kimi bir şəhərin, tarixlərə sığmayan ədəbiyyatın, tarixin,Şəkidə Xan Sarayın, Dahilər yetişdirən musiqi oylağı Şuşan və Qarabağın, Mömünə Xatun və Heydər Əliyev kimi bir oğlu böyüdən Naxçıvanın var. Mən yazımı dahi şairimiz Səməd Vurğunun “ Azərbaycan “ şeiri ilə bşlamaq istəyirəm.
El bilirki sən mənimsən
Yurdum yuvam məskənimsən
Anam doğma vətənimsən
Ayrılarmı könül candan
Azərbaycan! Azərbaycan!
Bəlkə də ilk öncə hər kəs uşaq vaxtı oxuduğu bu şeiri anlamırdı amma böyüdüyü zaman bu şeirin mənasını çox ğözəl anladılar. Necəki mən anladım. Azərbaycan afı gəldiyi zaman insanın ilk öncə yadına Xəzər dənizi, üç rəngli şanlı bayrağı gəlir. Bayrağının yaşı tarixinin yaşı qədər qədimdir. 1918 – ci il may ayının 28 - də Azərbaycan Cümhuriyyəti elan olundu bax elə həmin ilin 9 noyabrında bayrağım sən Cümhuriyyətin bayrağı təsdiq olundun. Mən hələ ki sənin rənglərinin mənası haqda deməyəcəm. Təsdiq olunduğunu gündən indiyə qədər üç rəngli şanlı bayrağım qürurla dalğalanırsan. M. Ə.Rəsulzadə gözəl deyib bir kərə yüksələn bayraq bir daha enməz. Sən də heç bir zaman enməyəcəksən. Azərbaycan müstəqil olandan sonra sənin uğrunda canlarından keçən neçə - neçə oğulların olub. Həm fərəhləndiyin həmdə üzüldüyün anların olub. Bayrağım rənglərinin mənasını bu cür təzahür edirlər : göy rəng – Türkçülüyünü, qırmızı rəng – müasirliyini , yaşıl rəng isə - islamçılığını bildirir. Haqlıdırlar sən türk kökənli, İslam dinli Azərbaycanımsan. Amma mən sənin rənglərini bu cür təzahür edərdim : göy rəng tarixin boyu yaşadıqların faciələri, hadisələri, qırmızı rəng - həmin faciələr zamanı uğrunda canlarından keçmiş şəhidlərinin qanı, yaşıl rəng – azadlığını tərənnüm edir. Mən səni bu cür təzahür edirəm. Boş yerə deməkdim ki, uğrunda canından jeçən oğulların və qızların var. Hələlik bu haqda danışmayacam. Belə bir söz var Vətən uğrunda ölən varsa Vətəndir. Bayaq sənin qürurla dalğalandığını hətta üzüldüyünüdə dedim. 1990 cı il 20 yanvar hadisələri zamanı sən həm qürurla dalğalandın həmdə üzüldün həmdə üzüldün. Qürurlandın ona görə ki sənin azadlağın uğrunda canlarından keçən oğulların və qızların oldu. Üzüldün ona görə ki həmin gecə Azərbaycan xalqına divan tutdular. Azərbaycanın dilbər güşəsi olan Qarabağda, Şuşada, Xocalıda, Xankəndində dalğalanırdın taki 1992 ci il fevralın 25 - indən 26 – sına keçən gecə Xocalıda dalğalandığın zaman bu faciənin şahidi oldun. Erməni qəsbkarları orda yaşayan dinc əhaliyə sözün əsil mənasında divan tutdular. O gecə Xocalıda qan su yerinə axırdı. Sən bütün bunların şahidi oldun. Səni qoruyan əsgərinin başına açdıqları oyunlarında gördün. Bundan sonra 1993 – cü ilin oktyabrında igid oğlun Heydər Əliyev yenidən səni müstəqil etdi Azərbaycan həmin gün sən şərəflə dalğalandın. Bütün Avropanı öz yaraşığınla bəzədin. Bütün Avropa hətta dünya üç rəngli bayrağı tanıdılar. İdmançıların səni daima yüksəklərə qaldırdı. Haylarla bərabər bütün dünya qarşında təzim edim Azərbaycan himnini oxudu.
Artıq 28 ildir ki, sən Şuşada, və Qarabağda dalğalanmırsan. Amma igid oğlun, sərkərdən Heydər davamçısı İlham Əliyevin var. Düz 28 ildir ki sən də bu xalqda Qarabağa həsrət yaşayır. Amma sərkərdən İlham Əliyevin siyasəti və Azərbaycanın Rəşadətli ordusunun sayəsində sən indi Aşağı və Yuxarı Əbdüırəhmanlıda, Çayırlıda həmin o Çayırlıda ki oranı azad etmək üçün Mübariz kimi oğlun şəhid olub.Mehirlidə, Şəybəydə və ən əsası Suqovuşan və Cəbrayılda şərəflə, ləyaqətlə, qürurla dalğalanırsan. Uğrunda hər kəs canından keçmək istəyir. 3 rəngli şanlı bayrağım nə tezliklə sən Kəlbəcərdə, Laçında, Xankəndində , Şuşada və Qarabağda dalğalanacaqsan. Başını dik tut bayrağım çünki bu xalq sənin başını aşağı salmağa deyil daima yüksəklərdə başı dik qürurla dalğalanmağını istəyir.
Yazan : Ənvər Məmmədov.



Öz xəbərlərimiz  Tarix:   13 Okt 2020 / 12:59


« Əvvəlki xəbər (3342 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR