Pakistanın Azərbaycandakı səfiri Kəşmirdən yazdı

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Dünyadakı kəşmirlilər niyə 27 Oktyabrı Qara Gün kimi qeyd edirlər?" adlı məqalə yazıb.
"Report" həmin məqaləni təqdim edir:
Azadlıq və Hürriyyət, ləyaqətli həyata inanan bütün böyük millətlərin və xalqların arzuladığı ali ideallardır. Haqlı olaraq deyilir ki, azadlıq verilmir, ona nail olmaq, əldə etmək tələb olunur. Azərbaycan xalqı bu konsepsiya ilə tanışdır və haqlı olaraq 1990-cı illərdə öz azadlığı uğrunda mübarizəyə başlamışdır. 1991-ci ildə müstəqilliyini qazanan Azərbaycan, beynəlxalq hüquqa zidd olaraq işğal olunmuş və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi ilə müvafiq qaydada tanınmış ərazilərinin bir hissəsinin azad edilməsinə davam etməkdədir.
Tezliklə, Azərbaycan xalqının öz ərazilərinin tamamilə azad edilməsi uğrunda apardığı mübarizə öz bəhrəsini verəcəkdir. Pakistan, bu haqq mübarizəsində Azərbaycanın yanındadır.
Təəssüf ki, bəzi digər xalqlar üçün, xüsusən Hindistanın qanunsuz işğal etdiyi Cəmmu və Kəşmir xalqı (IIOJ & K) üçün azadlıq arzusu, öz müqəddəratını təyinetmə hüququndan istifadə etməsi bu günə qədər əlçatmaz olaraq qalır. Öz müqəddəratını təyinetmə, ötən əsrdə müstəmləkəçiliyin aradan qaldırılmasına qarşı mübarizədə ən canlı ifadəni təmin edən beynəlxalq hüququn və beynəlxalq siyasətin ən vacib sütunları olmuşdur. Öz müqəddəratını təyinetmə hüququ Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuşdur və həm Mülki və Siyasi Hüquqlara, həm də İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Paktların ortaq I maddəsidir (1966).



Xəbərlər  Tarix:   22 Okt 2020 / 10:29


« Əvvəlki xəbər (3287 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR