Şəhadətin mübarək şəhidim

Şəmmədov Ələkbər Oruc oğlu 1961ci il yanvar ayının 24 də Füzuli rayon Aşagı Yağlıvənd kəndində anadan olmuşdur. Bu kəndin orta məktəbində təhsil alan Ələkbər lap uşaq vaxtlarından Cəsur və zirəkliyinə görə öz tay tuşlarından seçilirmiş. Bunları mənə telefon əlaqəmiz zamanı onun o Şəhid olarkən 10aylıq yadigar qalan oğlu Ayaz Şəmmədov fəxarət hisləri ilə anlatdı. Məlumdur ki, bu gün atası ilə fəxr edən və 10aylıq körpə qalan Ayazda bunları nənə babalarından və kənd ağsaqqallarından eşitmişdir. Səngər yoldaşları tərəfindən qorxu bilməzliyinə və cüssəli bir igid olduğuna görə Koroğlu ləqəbi verilən Ələkbər Füzuli rayonu Divanlılar kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin 23 oktyabrında Divanlıllar döyüşündə mənfur düşmənin hiyləsi ilə qurulan qurğu nəticəsində partladılan Divanlılar kəndində bir qurup Hərbiçilərlə Qəhrəmancasına Şəhid olmuşdur. Ailəli idi 4 övladı 2 oğlu 2 qızı var idi. Gəlin Şəhidimiz Şəmmədov Ələkbər Oruc oğlunu unutmayaq. Allah rəhmət eləsin Şəhidim!
İctimai Əlaqələr Şöbəsinin Müdiri Mətanət Akifqızı



Öz xəbərlərimiz  Tarix:   23 Okt 2020 / 11:12


« Əvvəlki xəbər (3279 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR